Контактная информация

Телефон (+994 55) 981 15 45

Artvin Çoruh Universiteti haqqında hər şey

Главная Блог Artvin Çoruh Universiteti haqqında hər şey
07.11.2024 06:10 361 просмотров

Artvin Çoruh Universiteti haqqında hər şey

Artvin şəhəri:
Qaradəniz bölgəsinin təbii gözəlliyi, mədəniyyəti  və ən əsası tarixinin qədimliyi ilə seçilən şəhərdir. Tarixi kökü iskit padşahlığına dayanır. Qədim mənbələrə əsasən Artivin şəhərinin adı İskit padışahının adından götürülmüşdür. Şəhər Gürcüstanla sərhəddə yerləşir. Mənbələrə əsaslanaraq deyə bilərik ki, şəhərdə qədim erməni, gürcü kilsələri yer alır. Türkiyənin seçilən şəhəri olan Artivin şəhəri dağların qoynunda, göllərlə əhatəli və ən əsası şəlaləli bir diyardır. Ölkənin ən çox milli qoruğu olan şəhər eyni zamanda turizm şəhəridir.

Artvin Çoruh Universiteti:
17 May 2007-ci ildə qurulan Artiv Çoruh Universiteti gənc olmağına baxmayaraq qurulduğu gündən bu yana sürətlə inkişaf edir. Təhsil ocağının içərisində nəhəng kitabxana yer alır. Kitabxana tələbələrin hər zaman ixtiyarındadır. Əcnəbi vətəndaşlığı olan tələbələrin asüdə vaxtlarını səmərəli keçirməsi üçün kitabxanada həmçinin ingilis və ya başqa dillərdə də kitablar vardır. Qeyd edək ki, universitetin özünə məxsus yataqxanası da mövcuddur ki, uzaq şəhərdən və ya ölkədən gələn tələbələrin qalması üçündür. Universitetin daxilində 8 fakültə, 2 institut ,2 kollec var
Fakültələr:
Elmi Ədəbiyyat
İqtisadiyyatın idarə edilməsi
İlahiyyat
İncəsənət
Sağlamlıq bilikləri və s.
İnstitutlar:
Elmi biliklər
Sosial biliklər

Sizdə Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.

Поделиться:
Блог

Другие статьи

Hüquq oxumaq istəyənlərin diqqətinə
08.11.2024 666 просмотров

Hüquq oxumaq istəyənlərin diqqətinə

g
14.11.2024 1426 просмотров

g

Подать заявку