Contact Information

Adıyaman Universiteti haqqında hər şey

Home Blog Adıyaman Universiteti haqqında hər şey
08.11.2024 22:27 317 views

Adıyaman Universiteti haqqında hər şey

Adıyaman Universiteti (ADYÜ) Adıyaman şəhərində qurulmuş dövlət universitetidir.
Adıyaman Türkiyənin cənub şərqində yerləşir. Güney Anadolu bölgəsində yerləşən Adıyaman tarixi qədim köklərə dayanır, eyni zamanda şəhərdə bir çox qədim xalqlara məxsus tarixi mağaralar yerləşir. Türkiyənin ən məşhur yeməkləri Adıyamanın adı ilə bağlıdır ki, şəhərdə biri-birindən ləziz yeməklər hazırlanır. Bu da şəhərə gələn əcnəbi vətəndaşların marağına səbəb olur. Şəhər dağlıq və dağətəyi zonada yerləşir. Ən məşhur yeməkləri bunlardır: tırşik, yarpuzlu köftə və s.
Turistlərin ən çox ziyarət etdikləri gəzməli yerlər bunlardır: Nemrut dağı, Adıyaman kent, Gerger kalesi, Canderk körpüsü və s.

Adıyaman Universiteti qısa adı ilə ADYU Türkiyədə açılan 131-ci dövlət universitetidir. Gənc və məşhur, eyni zamanda ölkə xaricində yüksək səviyyədə tanınmış təhsil ocağıdır. Diplomu dünyanın hər bir yerində tanınır. Dünyanın hörmətli universitetləri sırasında "US News Best Global" layihəsində 1113-cü sırada, Asiyanın ən yaxşı universitetlər sırasında 295-ci, Türkiyənin ən yaxşı universitetləri sırasında isə 20-ci sırada yer alır. Fizika sahəsində isə Adıyaman Universiteti dünyanın ən yaxşı 380-ci yerdədir.
Təhsil ocağının tərkibində 14 fakültə,4 institut mövcuddur.
Fakültələr:
Konservatoriya
Əzcaçılıq
Diş həkimliyi
İncəsənət
İqtisadiyyat
Memarlıq
Mühəndislik
Texnologiya
Tibb
Turizm və s.

İnstitutlar:
Elmi biliklər
Sağlamlıq
Sosial və s.

Share:
Apply Now