Əlaqə məlumatları

Türkiyədə Tibb Təhsili | Türkiyədə Attestatla Tibb Təhsili

Ana səhifə Blog Türkiyədə Tibb Təhsili | Türkiyədə Attestatla Tibb Təhsili
06.11.2024 01:29 530 baxış sayı

Türkiyədə Tibb Təhsili | Türkiyədə Attestatla Tibb Təhsili

Türkiyədə Tibb Təhsili haqqında

Attestatla Türkiyədə Tibb təhsili

Türkiyədə tibb təhsili üçün vacib şərtlər və imtahanlar

Türkiyədə ən uğurlu Tibb Universitetləri

 

Son zamanlar Türkiyədə tibb təhsili almaq istəyən Azərbaycanlı tələbələrin sayı gündən günə artmaqdadır. Türkiyədə verilən tibb təhsili bütün dünyada tanınır. Hər il hər semestr Türkiyəyə gedən vətəndaşlarımızın sayı da az deyil. Türkiyədə tibb üçün keyfiyyətli universitetlərə qəbul olmaq istəyən tələbələr bilməlidirlər ki, bu gün ən çətin təhsil sahələrindən biri də tibbdir. İnsanları həyatını əmanət edəcəyi həkimlər yüksək səviyyədə təhsilli olmalıdırlar. Şübhəsiz ki bu təhsil ölkələrindən biridə Türkiyədir. Türkiyədə tibb təhsilinin beynalxaq sistemi var.
Bu günə nəzər saldıqda Türkiyədə tibb təhsili Amerika, Kanada kimi ölkələrdən daha ucuzdur.

Tibb təhsili almaq istənilən ölkədə çətin prosesdir. Qəbul ballarına baxdıqda ən yüksək bal məhz tibb balıdır.

Türkiyədə tibb təhsili üçün vacib şərtlər və imtahanlar

Türkiyə beynalxaq keyfiyyətli tibb təhsili verdiyi üçün beynalxaq standartlara malikdir. Xarici tələbələr Türkiyədə tibb təhsili ala bilmək üçün müəyyən qəbul şərtlərini yerinə yetirməlidir. Bu şərtlər hər universitetə görə individual olduğundan fərqli ola bilər. Bu universitetlərinin əksərinin ortaq şərtlərini nəzərə alsaq dil biliyinin vacib olduğunu görmək mümkündür. Əgər tələbələr ingilis dilində təhsil almaq istəyərsə, o zaman IELTS və ya TOEFL imtahanlarından birini verməlidir. Bəzi universitetlərdə isə daxili dil biliyi ilə bağlı imtahanı tələbi də mövcuddur. 

Həmçinin YÖS imtahanı da bu şərtlərdən biridir. YÖS imtahanı Türkiyə Respublikasında bakalavr təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur. Bu qaydaya əsasən Türkiyədə tibb təhsili almaq istəyən tələbələr YÖS imtahanından keçərək sertifikatını əldə etməlidir.

YÖS imtahanının bəzi universitetlərdə vacib tələb olmadığını, həmçinin bəzi universitetlərdə SAT, ACT imtahan göstəricisi tələbinin olduğunu vurğulamaqda fayda var.

Türkiyədə Attestatla tibb təhsili də almaq mümkündür. Bunun üçün Tələbənin attestatında qiymət göstəricilərinin 5 (əla) olması gərəklidir. 


Türkiyədə ən uğurlu Tibb Universitetləri

  • Hacettepe Universiteti:

Türkiyənin paytaxtı Ankara şəhərində 1967-ci ildə əsası qoyulmuş dövlət universitetidir.

  • İstanbul Universiteti

Osmanlı imporatorluğunda ilk olaraq Avropa tibb universiteti olaraq qəbul edilmişdir. Universitet İstanbulun ən nüfuzlu dövlət universitetidir.

  • Maltepe Universiteti

Türkiyənin İstanbul şəhərində sağlamlıq elmləri sahəsinə həsr olunmuş özəl universitetdir.

  • Koç Universiteti

Əsası 1993-cü ildə İstanbul şəhərində əsası qoyulmuş özəl universitetdir. Universitetin tərkibində Koç Universiteti Hastanesi mövcuddur.

  • Sabancı Universiteti

Əsası 1994-cü ildə qurulan İstanbulun mərkəzindən 40 km uzaqlıqda yerləşən özəl universitetdir.

  • Başkent Universiteti

1994-cü ildə Ankara şəhərində Türkiye "Organ Nakli və Tedavi" vəqfi tərəfindən əsası qoyulmuş özəl universitetdir.

Paylaşın:
Müraciət et