Əlaqə məlumatları

Gümüşhane Universiteti haqqında hər şey

Ana səhifə Blog Gümüşhane Universiteti haqqında hər şey
07.11.2024 07:30 326 baxış sayı

Gümüşhane Universiteti haqqında hər şey

Gümüşhane Universiteti Türkiyənin Qaradəniz bölgəsində yerləşən Gümüşhane vilayətində yerləşir.
Gümüşhane şəhəri Qaradəniz bölgəsində bir vilayətdir. Trabzon şəhərinin 40 mil cənubunda yerləşir. Şəhər güneydə Erzincan ilə qonşudur.
Vilayətin adı tarixən türkcə "gümüş", farsca isə "hane" sözünün birləşməsindən yaranaraq Gümüşhane adlandırılmışdır.
Bunun başlıca səbəbi bölgədə çoxlu sayda gümüş şaxtalarının olmasıdır.
Gümüşhane bölgəsi yayla turizmi ilə məşhur olan bölgədir ki, gələn əcnəbi qonaqlar yaylalarda qalmağı sevirlər.
Vilayətin özünə məxsus  yeməkləri də  həm yerli sakinlərin, həm də gələn qonaqların zövqünə uyğundur: "Gendime pilav, Evelik dolması, Pancar kovurması, Siron, Asude kuymağı" və s.
Bölgənin qədim, tarixi əsərlərlə dolu və eyni zamanda bir çox mədəniyyətləri birləşdirən gəzməli yerləri də olduqca  valeh  edicidir. Bunlardan bir neçəsinin adını qeyd edə bilərik. Tomara şelalesi, Karaca Ceve, Limhi göl, Kov kalesi, Torıl və s.

Gümüşhane Universiteti:
Gümüşhane Universiteti 31 may 2008-ci ildə Karadeniz Teknik Universitetindən ayrılaraq Gümüşhane vilayətində yaranmış dövlət universitetidir.
Universitetin tərkibində tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün kitabxana, yeməkxana, idman zalı mövcuddur.
Gənc universitet olmasına baxmayaraq əcnəbi tələbələrin oxumaq üçün seçdiyi universitetlər sırasında yer alır.
Təhsil ocağının tərkibində yataqxanalar mövcuddur. Yataqxana universitetə yaxın məsafədə yerləşir. Qızlar və oğlanlar üçün ayrı-ayrılıqda yataqxana korpusları vardır.
Təhsil ocağının tərkibində 6 fakültə, 2 institut, 2 kollec mövcuddur.

Fakültələr:
Mühəndislik təbiət elmi
Ədəbiyyat
İqtisadiyyat
İlahiyyat
Turizm
Sağlamlıq elmləri 

İnstitutlar:
Elmi biliklər
Sosial elmlər

Paylaşın:
Müraciət et